
Əsas vəzifə öhdəlikləri:
Tikinti işlərinin layihə tələblərinə, norma və standartlara uyğunluğuna nəzarət etmək;
Keyfiyyətə nəzarət planları, prosedurlar və hesabatlar hazırlamaq;
Sahədə materialların və görülən işlərin keyfiyyətini yoxlamaq;
Yoxlama və sınaq planlarının hazırlanması və tətbiqinə nəzarət etmək;
Uyğunsuzluqların (NCR/CAP) müəyyən edilməsi və aradan qaldırılmasını koordinasiya etmək;
Sub-podratçıların keyfiyyət göstəricilərinə nəzarət etmək;
Keyfiyyətlə bağlı iclas və yoxlamalarda iştirak etmək.
Namizədə tələblər:
Ali texniki, xüsusilə İnşaat mühəndisliyi üzrə təhsil;
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
ISO 9001:2015 və ISO 22000:2018 standartları üzrə bilik və sertifikat;
Keyfiyyət idarəetmə sistemi və tikinti işlərində keyfiyyətə nəzarət üzrə təcrübə;
MS Office və AutoCAD proqramlarında sərbəst işləmək;
Güclü analitik düşünmə və problem həll etmə bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı;
İngilis dili biliyi arzuolunandır.
İş şəraiti:
6 günlük iş rejimi
Saat 08:00–18:00
Əmək müqaviləsi
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Əmək haqqı 2000 AZN
Müraciət üçün CV-nizi “Keyfiyyətə Nəzarət üzrə İnşaat Mühəndisi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.