
Əmək haqqı 1000–1500 AZN (namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir)
Ünvan: Abşeron rayonu, Şamaxı şosesi, 14-cü km
Vəzifə öhdəlikləri
Sifarişçinin tələbləri və texniki tapşırıqlar əsasında elektrik paylayıcı qurğuların, metal korpusların və digər konstruksiyaların 3D modellərinin və işçi cizgilərinin hazırlanması;
İstehsalatdakı CNC dəzgahları (lazer kəsmə, abkant/bükmə, deşmə (punch), freze və s.) üçün texnoloji cizgilərin, açılışların və kəsim fayllarının (DXF/DWG) hazırlanması;
Konstruktiv cizgilər əsasında material spesifikasiyasının (BOM) tərtib edilməsi, materialların seçilməsi və həcmlərinin hesablanması;
Konstruktiv hesabatların aparılması, iqtisadi və texnoloji baxımdan səmərəli en kəsiklərin və materialların müəyyən edilməsi;
Layihələrə dəyişikliklər edilərkən texniki heyətin tərkibində iştirak, texniki şərtlərin və cizgilərdə dəyişiklik barədə bildiriş vərəqələrinin tərtib edilməsi;
Layihə üzrə istehsalat prosesinin gedişatının izlənilməsi və texnoloji ardıcıllığa nəzarət edilməsi.
Namizədə tələblər
Təhsil: mühəndis-konstruktor, maşınqayırma və ya mexanika mühəndisliyi ixtisası üzrə ali təhsil;
İş təcrübəsi: metal konstruksiyalar və ya metal emalı sahəsində ən azı 2 il;
Proqram bilikləri: SolidWorks (xüsusilə Sheet Metal modulu), AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
İstehsalat və CNC bilikləri:
CNC dəzgahlarının (lazer/plazma kəsmə, bükmə, ştamplama və s.) iş prinsiplərini bilmək və onlar üçün texniki cizgi və fayl hazırlamaq bacarığı;
maşınqayırma və metal konstruksiya cizgilərini oxumaq bacarığı, ölçü dözümləri üzrə biliklər;
istehsalat texnologiyaları (qaynaq, toz boya, montaj və s.) barədə məlumatlı olmaq;
Təhlükəsizlik bilikləri: əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarını bilmək;
Şəxsi keyfiyyətlər: analitik düşünmə qabiliyyəti, işdə dəqiqlik, məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.
Üstünlük veriləcək
elektrik paylayıcı qurğu istehsalı sahəsində iş təcrübəsi;
müvafiq sahə üzrə sertifikatların olması;
texniki səviyyədə rus və ingilis dillərini bilmək.
İş şəraiti
İş rejimi: həftə içi 5 gün, 08:00–17:30 (nahar fasiləsi: 12:30–13:30);
Nahar şirkət tərəfindən təmin olunur;
Əsas iş yeri ofisdədir (zavod ərazisində), zərurət yarandıqda ezamiyyətlər mümkündür.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində «Mühəndis-konstruktor» qeyd edilməlidir.
Şirkət haqqında
AZELKO MMC elektrik paylayıcı qurğuların, metal konstruksiyaların və elektrik avadanlıqlarının istehsalı, quraşdırılması və sazlanması sahəsində fəaliyyət göstərir.