
Tələblər
Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya texniki ixtisaslar üzrə üstünlükdür);
Müştəri xidmətləri, satışsonrası xidmət və ya müştəri dəstəyinin idarə olunması sahəsində minimum 2-3 il iş təcrübəsi;
CRM sistemləri, 1C, AlfaAvto və MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
Servis prosesləri və texniki xidmət əməliyyatları haqqında ümumi bilik (avtomobil və ya texnika sahəsində təcrübə üstünlükdür);
Yüksək ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarığı;
Analitik düşüncə və operativ problem həll etmə bacarığı;
Komanda ilə işləmək bacarığı və müştəriyönümlü yanaşma;
Məsuliyyətli, dəqiq və nəticəyönümlü iş prinsipi.
Vəzifə öhdəlikləri
Müştəri müraciətlərini qəbul etmək, qeydiyyata almaq və CRM sistemində izləmək;
Servis sifarişlərini sistemə daxil etmək və icra müddətlərinə nəzarət etmək;
Texniki heyətin işini koordinasiya etmək, servis avtomobillərini GPS vasitəsilə izləmək;
SLA göstəricilərinə, təmir proseslərinə və sənədləşməyə nəzarət etmək;
Təkrar nasazlıq və şikayətləri analiz etmək, müştəri məmnuniyyətini izləmək;
Akt, qaimə və hesab-fakturaların düzgünlüyünə və vaxtında hazırlanmasına nəzarət etmək;
Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq, KPI göstəricilərini izləmək və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək.
İş şərtləri
İş qrafiki: Həftədə 6 iş günü;
İş yeri: Lökbatan dairəsi yaxınlığı;
Karyera inkişafı imkanları;
Əməkhaqqı: 1200–1500 AZN (namizədin bilik və təcrübəsinə əsasən dəyişə bilər).
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Müştəri xidmətləri üzrə mütəxəssis" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2511&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.