
İş Barədə Məlumat:
Yumurta istehsalı prosesində gündəlik keyfiyyət yoxlamalarının aparılması (xarici görünüş, təmizlik, qabığın möhkəmliyi və s.);
Qablaşdırma, markalanma və daşınma mərhələlərində keyfiyyətə nəzarət;
Gündəlik və aylıq keyfiyyət protokollarının, hesabatların hazırlanması;
Qeyri-standart məhsulların aşkarlanması və səbəblərinin araşdırılması;
ISO, HACCP və digər qida təhlükəsizliyi standartlarına uyğunluğun təmin olunmasında iştirak;
İstehsalat sexləri ilə və aidiyyəti şöbələrlə koordinasiyalı fəaliyyət;
6 günlük iş rejimi, 1 gün istirahət;
Nahar şirkət tərəfindən təmin edilir;
Servis mövcüddur (Hacıqabul, Sabirabad və Şirvan rayonlarından servis xidmətimiz fəaliyyət göstərir);
Əmək haqqı: Müsahibə əsasında
Tələblər:
Orta ixtisas və ya Ali təhsil;
Yaş həddi: 21 - 40 yaş yarası;
Hacıqabul, Şirvan və Sabirabad ray. olan namizədlərə üstünlük veriləcəkdir;
Dəqiq və məsuliyyətli yanaşma, analitik düşüncə və problem həll etmə bacarığı;
Komandada işləmə və kommunikasiya bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.