Tender mərhələsi
Dövlət (etender.gov.az, e-tender.socar.az) və özəl satınalma portallarında elanların gündəlik monitorinqi
Şirkətin fəaliyyət sahəsinə uyğun tenderlərin seçilməsi və analiz edilməsi
Tender sənədlərinin ətraflı araşdırılması
Uyğunluq analizinin aparılması (şirkətin tələblərə cavab verib-verməməsi)
Lazımi arayışların və sənədlərin (vergi, bank, lisenziya və s.) toplanması
Tender portalına sənədlərin düzgün və vaxtında yüklənməsi
Sifarişçi tərəfindən verilən sualların cavablandırılması
Tender prosedurlarının qanunvericiliyə uyğun aparılmasına nəzarət
Tender nəticələrinə əsasən qalib olduqdan sonra (Full proses idarəetməsi)
Müqavilə və hüquqi mərhələ
Tender nəticələrinə əsasən müqavilənin hazırlanmasına və razılaşdırılmasına nəzarət
Müqavilə şərtlərinin (çatdırılma müddəti, ödəniş şərtləri və s.) yoxlanılması
Müqavilənin imzalanma prosesinin koordinasiyası
Sifarişçi ilə rəsmi yazışmaların aparılması
Kommunikasiya və sorğuların idarəsi
Portal və e-mail vasitəsilə daxil olan sorğuların operativ cavablandırılması
Yaranan problemlərin araşdırılması və həll yollarının təqdim edilməsi
Müştəri ilə davamlı əlaqənin saxlanılması
Layihə üzrə statusların izlənməsi və hesabat verilməsi
Təchizat və logistika
Tender üzrə tələb olunan malların siyahısının hazırlanması
Malların alışı üzrə şirkətin əməkdaşlıq etdiyi təchizatçılara sifarişlərin yerləşdirilməsi
Satış və uçot (ERP sistemi)
Malların ERP sisteminə daxil edilməsi (məsələn, 1C:Enterprise)
Satış sənədlərinin hazırlanması (qaimə, hesab-faktura və s.)
Mühasibatlıq ilə koordinasiya
Maliyyə əməliyyatlarının izlənməsi
Hesabat və bağlanış
Tender layihəsinin yekun hesabatının hazırlanması
Müqavilə öhdəliklərinin tam icrasına nəzarət
Sifarişçinin qəbul aktlarının alınması
Layihənin bağlanması və arxivləşdirilməsi
Tələb olunan bilik və bacarıqlar:
Azərbaycan və ingilis dili bilikləri (Rus dili əlavə üstünlükdür)
Yüksək səviyyədə Excel və Word bilikləri ;
Kommunikasiya bacarığı;
Komanda ilə işləmək bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi:
Təhsil: Ali təhsil
Tender və ya satınalma sahəsində 2 ildən yuxarı iş təcrübəsi.
İş Şərtlərimiz:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Əmək haqqı: Razılaşma yolu ilə
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Ağ Şəhər, Birinci Yaşıl Ada küçəsi
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.