
Şirkət: Sun Food MMC
Tələblər
Ali təhsil (Qida mühəndisliyi ixtisası üstünlükdür);
Minimum sahə üzrə 4 il iş təcrübəsi;
B kateqoriyalı sürücülük vəsiqəsi;
İngilis və rus dili biliyi üstünlükdür
Vəzifə və öhdəliklər
Müqayisəli satış və bazar payı hesabatlarının yoxlanılması;
Yeni xammalların demo göstərilərək istehsalçılar tərəfindən istifadəsinə dəstək verilməsi;
Sektordakı xammal hərəkətlərinin araşdırılması, istehsalçıların istəyinə uyğun xammal tələbini aidiyyatı şöbə ilə paylaşaraq dəstək olunması;
Yeni tanıdılan xammalların satışlarını izləyərək və statistikasını apararaq üst rəhbərə hesabat verilməsi;
İstehsal nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həlli üçün təkliflərin edilməsi;
Xammal şikayətlərinin şikayət mərkəzinə və alınan cavabın müvafiq müştəriyə çatdırılmasının təmin edilməsi;
Cavabdeh olduğu kateqoriyalar üzrə rəqabətin yaxından izlənilməsi, rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və aidiyyatı şöbələr ilə görüşülərək tədbirlər görülməsi.
Bacarıqlar
Ünsiyyət qurmaq bacarığı
Satış və inandırmaq bacarığı
Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
Komanda ilə işləmək bacarığı
İş yeri: Bakı şəhəri,
İş saatlar: Həftə içi 5 gün
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.