Müəssisənin adı: Amper elektrik
Departamentin adı: - Tender
Tabe olduğu vəzifənin adı:Tender üzrə baş mütəxəssis
Əmək funksiyaları:
Müxtəlif satınalma portalları vasitəsilə tender elanlarını gündəlik olaraq izləyir.
SOCAR, ABB (CİP) və dövlət satınalma portalları üzərindən mütəmadi tender monitorinqi həyata keçirir.
Şirkətin fəaliyyət istiqamətlərinə uyğun gələn tender elanlarını təhlil edir və iştirak barədə qərar verilməsi üçün müvafiq məlumatları rəhbərliyə təqdim edir.
Seçilmiş tenderlərin şərtlər toplusunu analiz edir və tələb olunan sənədlərin toplanması üçün müvafiq dövlət qurumlarına müraciət edir.
Dövlət tenderləri üzrə tələb olunan sənədləri PDF formatında elektron satınalma sisteminə yükləyir.
Tender və satınalma prosesləri üçün tələb olunan hüquqi sənədlərin notarial qaydada təsdiqini və digər rəsmi prosedurları "ASAN Xidmət" mərkəzləri vasitəsilə həyata keçirir.
Kommersiya şirkətlərinin tenderlərində iştirak zamanı zərflər vasitəsilə müraciətlərin təqdim olunmasını həyata keçirir və təqdim edilmiş müraciətləri arxivləşdirir.
Ehtiyac yarandıqda tender zərflərinin açılış mərasimlərində şirkəti nümayəndə olaraq təmsil edir.
Tender şərtlərinə uyğun olaraq, müvafiq bank arayışlarının və bank qarantiyası sənədlərinin alınması üçün mühasibatlıq departamenti ilə koordinasiyalı şəkildə çalışır.
Tenderin alt sənədlərini hazırlayır və texniki sənədlər paketinin toplanaraq təqdim edilməsini təmin edir.
Məhsullar üzrə mənşə rəyinin alınması üçün müvafiq dövlət strukturlarına müraciət edir.
Tender proseslərinin optimallaşdırılması məqsədilə digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq edir.
Tender portalından daxil olan sorğuları izləyir və cavablandırır.
Tender qalibi seçildiyi təqdirdə satınalan tərəf ilə müqavilə bağlanması prosesini icra edir.
Tender üzrə təhvil verilmiş və veriləcək məhsulların qalıq hesabatlarını tərtib edir.
Təhvil verilmiş malların siyahısını hazırlayır və e-qaimə kəsilməsi üçün mühasibatlığa təqdim edir.
Tender öhdəlikləri çərçivəsində təqdim olunan elektron qaimə-fakturaları müşayiət edən sənədlər paketini (təhvil-təslim aktları, keyfiyyət sertifikatları və digər alt sənədləri) hazırlayır
Satınalan alan təşkilatdan qaimə əsasında ödənişin tələb edir.
Satınalan şirkətlərin sorğu və şikayətlərini izləyir, mövcud problemlərin həlli üçün müvafiq tədbirlər görür.
Aylıq tender fəaliyyəti və layihələrin icrası ilə bağlı müvafiq hesabatları hazırlayır.
Tender iştirak haqlarının və portal istifadə xərclərinin ödənişlərini həyata keçirir.
Təhsil tələbləri:
Ali təhsil
Staja dair tələb:
1 il iş təcrübəsi
Kompyüter biliklərinə dair tələblər:
Microsoft office
1C
İxtisas səriştələri:
Operativlik
Çeviklik
Diqqətlilik
Vaxtın idarə edilməsi
Komanda ilə işləmə bacarığı
İnaddırıcılıq və təqdimetmə bacarığı
Ünsiyyətcilik
Müştəri məmnuniyyətinə yönümlülük
Sertifikat və Lisenziya
Dövlət satına alma qanunu təlimi
Dil bilikləri: Azərbaycan dili
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.