“Premium Bank” ASC İstehlak kreditləri və qarantiyalar üzrə Mütəxəssis / Aparıcı mütəxəssis vakansiyasını elan edir (Bakı şəhərində yerləşən filial üzrə).
İşin təsviri:
Kredit əldə etmək üçün müraciət edən müştərilərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək;
Yeni müştərilərin cəlb olunmasını həyata keçirmək;
Kredit müraciətləri ilə bağlı təhlilin aparılması;
Kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;
Kredit portfelinin artırmaq və idarə etmək;
Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
Qarantiya müraciətlərinin qəbul etmək və sənədləşmə işlərini aparmaq;
Əmanətçi müştərilər ilə əməliyyatları aparmaq.
Namizədə dair tələblər:
Ali (iqtisadi) təhsil;
Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
Yüksək ünsiyyətqurma qabiliyyəti;
Bank qanunvericiliyi barədə bilikli olmaq;
Azərbaycan dili səlis olmalı, Rus dili arzuolunandır;
MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “İstehlak kreditləri və qarantiyalar üzrə Mütəxəssis / Aparıcı mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.