İş şəraiti
Şöbə: Hazır Beton Məhsulları və Doldurucuları
İş vaxtı: Tam
İş yeri: Neftçala rayonu
Əsas vəzifələr:
Tikinti materiallarından (doldurucular, beton, kimyəvi əlavələr, sement və sair) standart nümunə alma prosedurlarına uyğun olaraq nümunələrin alınması
AZS ISO/IEC 17025:2020 standartının 6.2.5 bəndinə əsasən, Holcim Hazır Beton keyfiyyət laboratoriyasında hər bir sınağin standartlara uyğun olaraq aparılması və öz imzası ilə təsdiq étməsinə səlahiyyətli olması va buna görə məsuliyyət daşıması
Keyfiyyət planında təsvir olunan bütün sınaqların (Hazır Beton Qarışığında konus çökməsi və temperatur sınaqları, kimyəvi əlavələrin sınaqları, doldurucuların sınaqları və bərkimiş betonun sınaqları) dəqiq və vaxtında AZS, AASHTO, ASTM, DIN, EN, BS, GOST və digər standartların sınaq prosedurlarına uyğun olaraq həyata keçirilməsi
Müşahidə edilən uyğunsuzluqlar barədə dərhal Xətt Rəhbərinə məlumat verilməsi
Sahə və laboratoriya sınaq nəticələrinə uyğun protokolların hazırlanması
Bütün sınaq nəticələrinin dəqiq və vaxtında qeydiyyata alınması
İstifadə etdiyi avadanlıqların saz vəziyyətdə saxlanılması və nasazlıq yarananda dərhal Xətt Rəhbərinə məlumat verilməsi
Görülən bütün işlərdə keyfiyyət təminatı müddəalarına əməl olunmasını təmin etmək
Hazır Beton Qarışığının keyfiyyətinə cavabdehlik daşımaq
Məhsulun keyfiyyəti ilə bağlı olan şikayətlərin həllində iştirak etmək
Səlahiyyətli rəhbər tərəfindən verilən digər müvafiq tapşırıqları icra etmək
Bacarıq və Kvalifikasiyalar:
Tikinti, İnşaat materialları və ya bənzər sahədə ali təhsil
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
Microsoft Office proqramlarında işləmək bacarığı
İngilis dili biliyi arzuolunandır
Maraqlananlar CV–lərini, mövzu hissəsində mütləq HBM Laboratoriya üzrə Mütəxəssis yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Bütün müraciətlərə baxılacaq və bütün namizədlərə bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.