
Müəssisə: Azərbaycan Sənaye Bankı
Vəzifə öhdəlikləri:
Bankın kredit, likvidlik, faiz, valyuta və digər maliyyə riskləri üzrə mütəmadi təhlillərin aparılması və hesabatların hazırlanması;
Kredit portfeli üzrə Kredit Riski, Miqrasiya Matrisi, Vintaj, PAR və digər risk göstəricilərinin təhlil edilməsi;
Bankın gəlir-xərc, mənfəət-zərər və əsas maliyyə göstəricilərinin müqayisəli təhlilinin aparılması;
Likvidliyin örtülmə əmsalı (LCR), faiz riskinə həssaslıq, GAP və digər risk göstəricilərinin təhlil edilməsi;
Makroiqtisadi göstəricilər, neft qiymətləri və bank sektoru üzrə araşdırmaların aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;
Kredit, likvidlik, valyuta, faiz və digər risklər üzrə stress-test və şok ssenarilərinin hazırlanması;
Qanunvericilik və Mərkəzi Bankın tələblərinə uyğun risk hesabatlarının hazırlanması və təqdim edilməsi;
Bankın Risk Xəritəsinin hazırlanması, riskli sahələrin müəyyən edilməsi və onların azaldılması üzrə təkliflərin verilməsi;
Yeni məhsul, xidmət və biznes proseslərinin risk baxımından qiymətləndirilməsi və müvafiq rəylərin hazırlanması;
Risklərin idarə edilməsi strategiyası, siyasəti və müəyyən edilmiş risk limitlərinə riayət olunmasının monitorinqi;
Risklərin İdarə Edilməsi Komitəsinin iclasları üzrə protokolların hazırlanması və qərarların sənədləşdirilməsi;
Aidiyyəti struktur bölmələrinə risklərin idarə edilməsi üzrə metodoloji dəstəyin göstərilməsi;
Fövqəladə hallar planının hazırlanmasında və illik kənar audit prosesləri üzrə risk təhlillərində iştirak;
Struktur rəhbərinin risklərin idarə edilməsi sahəsi üzrə digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
Ali təhsil (İqtisadiyyat və/və ya Texniki sahə üzrə);
Minimum 3 il bank sahəsində iş təcrübəsi o cümlədən müvafiq sahə üzrə ən azı 1 il təcrübə mütləqdir;
Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (digər dillər üstünlükdür);
Microsoft Office və bank proqramları üzrə biliklər;
Həm fərdi, həm qrup şəklində işləmək, təhlil etmə, müşahidə aparmaq və faktların müəyyən edilməsi, müvafiq hesabatların tərtibi və təhlili bacarığına malik olmalı.
Məsuliyyətlilik, etibarlılıq, tədqiqat aparma, analitik düşünmə, fikirlərini yazılı və şifahi şəkildə aydın və dolğun çatdırma bacarığı.
Biz nə təklif edirik:
İş yeri: Dreamland Baku
İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
Nahar: Şirkət tərəfindən təmin olunur
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
İş mühiti: Regionun aparıcı bank şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit
Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Risklərin təhlili və hesabatlılıq üzrə baş mütəxəssis ” qeyd etməyiniz xahiş olunur