
Vəzifə öhdəlikləri:
Plan üzrə bölünmüş ərazilərdə yerləşən mağazaları mütamadi olaraq operativ yoxlamaq
Mağaza əməkdaşı tərəfindən törədilən hər hansı neqativ halları aşkar edərək, birbaşa rəhbərinin təlimatı üzrə tədbir görmək
Müşahidə kamerası vasitəsi ilə filialda baş verən bütün prosesləri izləmək (İnkassasiya və kassa əməliyyatları , mal qəbulu, transfer və digər icra olunmalı tədbirlər.)
Təhkim olunmuş ərazi üzrə mağazalarda “Check list” aparmaq
Mağazada operativ yoxlama apararkən hər hansı bir neqativ hal aşkar edildiyində məsul şəxs və ya şəxslərin izahatının alınması
Mağazalarda seyf və pos kassaların inventarizasiyasını həyata keçirmək.
Ehtiyac olduğu təqdirdə obyektlərin təlimata və tələblərə uyğun mühafizəsinin təmin olunması üçün ehtiyaclarını müəyyən etmək və nöqsanların aradan qaldırılması istiqamətində aidiyyatı struktura məlumat vermək.
Namizədə dair tələblər:
Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə təhsil üstünlükdür.)
Daxili audit, monitorinq ,risk, daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir;
İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi;
Kompüter bilikləri: MS Office (Word, Excel yaxşı səviyyədə);
Dil bilikləri: Azərbaycan dili: əla; Rus dili üstünlükdür
Şəxsi maşını olması mütləqdi ( B kateqoriyalı sürücülük vəsiqəsi)
Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
Əlavə təminatlar:
Nahar;
Korporativ nömrə
İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Operativ Nəzarət üzrə Mütəxəssis (Bakı)" yazaraq qeyd edib [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Vatsap: 055 205 82 70
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.