
Vəzifə öhdəlikləri
Yaşayış, çoxmərtəbəli və qeyri-yaşayış, eləcə də sənaye obyektləri üzrə konstruktiv layihələrin hazırlanması;
Tikinti obyektlərinin daşıyıcı konstruksiyalarının hesablanması və layihələndirilməsi;
Layihə üzrə statik, konstruktiv və texniki hesablamaların hazırlanması;
Dəmir-beton, metal və digər konstruksiyaların layihələndirilməsi;
Layihələrin iş planlarının və icra qrafiklərinin hazırlanması;
Layihənin mərhələləri, müddətləri və resurslarının planlaşdırılması və icrasına nəzarət;
Memarlıq, konstruktiv, MEP və digər layihə bölmələri arasında koordinasiyanın təmin edilməsi;
Layihə həllərinin qüvvədə olan tikinti norma və standartlarına uyğunluğunun təmin edilməsi;
Tikinti materialları və konstruksiyaların seçilməsi, həcmlərinin müəyyənləşdirilməsi;
Layihə sənədlərinin yoxlanılması və texniki uyğunsuzluqların aradan qaldırılması;
Podratçı və subpodratçıların işlərinin layihə qrafikinə uyğun koordinasiya edilməsi;
Layihələrin müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyət səviyyəsində icrasına nəzarət;
Tikinti prosesində layihə ilə bağlı yaranan texniki və konstruktiv məsələlərin həllində iştirak;
Layihənin gedişatı, risklər, gecikmələr və görülən işlər barədə hesabatların hazırlanması.
Namizədə tələblər
İnşaat mühəndisliyi, memarlıq, konstruksiya və ya müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3–5 il iş təcrübəsi;
Çoxmərtəbəli binalar və sənaye obyektlərinin layihələndirilməsi üzrə təcrübə;
Daşıyıcı konstruksiyaların hesablanması və layihələndirilməsi üzrə praktiki bilik;
AutoCAD, Revit, ETABS, SAP2000, SAFE və ya analoji proqramlarda işləmək bacarığı;
MS Project / Primavera P6 və MS Excel proqramlarında işləmək bacarığı;
Statik, konstruktiv, texniki və seysmik hesablamalar üzrə bilik;
Tikinti norma və standartları barədə yaxşı məlumat;
Layihə sənədlərinin hazırlanması və müxtəlif layihə bölmələrinin koordinasiyası bacarığı;
Layihə qrafiklərinin hazırlanması və icrasına nəzarət bacarığı;
Analitik düşüncə, məsuliyyətlilik və komandada işləmək bacarığı;
Azərbaycan dili – əla; rus və ingilis dili – üstünlükdür.
İş şəraiti
Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq.
İş növü: Tam ştat
Maraqlanan namizədlər CV-lərini (Layihəçi) yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər