
Əsas vəzifə öhdəlikləri:
Ofisin və iş mühitinin fasiləsiz fəaliyyətinin təmin edilməsi;
Ofisin təmir, texniki xidmət və kommunal təminatının təşkil edilməsi;
Təmizlik, iaşə və ümumi xidmət heyətinin işinin təşkili və koordinasiyası;
Ezamiyyə, viza, yerləşmə və səfər logistikasının təşkili;
Qonaqların və xarici nümayəndə heyətlərinin qəbulunun təşkili;
Nəqliyyat vasitələrinin, sürücülərin və yanacaq təminatının koordinasiyası;
İlkin texniki dəstək müraciətlərinin əlaqələndirilməsi;
Xidmət təminatçılarının və inzibati müqavilələrin koordinasiyası;
Kuryer və göndəriş xidmətlərinin təşkili;
Arxiv işlərinin təşkili və sənədlərin sistemləşdirilməsi;
Korporativ tədbirlərin, sərgi və nümayəndəlik fəaliyyətlərinin inzibati-logistik təminatının təşkili;
İnzibati büdcənin və xərclərin təşkili;
Təhlükəsizliyin, fəaliyyətin davamlılığının və fövqəladə hallara hazırlığın təmin edilməsinin təşkili;
İnzibati proseslərin optimallaşdırılması və iş mühitinin səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi.
Səriştə və kvalifikasiya tələbləri:
Təhsil: Ali təhsil.
Təcrübə: Ofis inzibatçılığı, viza və səfərlərin təşkili, logistika və ya əlaqəli sahələr üzrə iş təcrübəsi.
Bilik və bacarıqlar:
İnzibati proseslərin təşkili və koordinasiyası;
Logistika və təchizat proseslərinin koordinasiyası;
Xidmət təminatçıları və inzibati müqavilələrlə iş;
Ezamiyyə, səfər və qonaq qəbulunun təşkili;
Büdcə və inzibati xərclərin idarə olunması;
Əməyin mühafizəsi, təhlükəsizlik və işgüzar protokol üzrə biliklər;
MS Office proqramlarında işləmək bacarığı.
Şəxsi keyfiyyətlər:
Hesabatlılıq və məsuliyyətlilik;
Operativlik və detallara diqqət;
Yazılı və şifahi ünsiyyət bacarıqları;
Planlaşdırma və təşkilatçılıq;
Təşəbbüskarlıq və problem həlletmə;
Koordinasiya və komanda ilə işləmək bacarığı;
Stressə davamlılıq və çeviklik;
Keyfiyyət fokusluluq və işgüzarlıq.
Dil bilikləri:
Azərbaycan dili – səlis;
Rus dili – yazılı və şifahi peşəkar səviyyədə;
İngilis dili – biliklər üstünlükdür.
İş yeri və əmək şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki: 5 günlük iş həftəsi (tam ştat);
İş şəraiti: Ofis mühiti, normal əmək şəraiti;
Ezamiyyət: Tələb olunduqda.
Əmək haqqı və təminatlar:
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq rəqabətədavamlı səviyyədə müəyyən ediləcək;
Əlavə inkişaf imkanları təqdim olunur.
CV-lərinizi mövzu hissəsində “İnzibati işlər üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərin.