
“Seaport Catering” MMC “Qida təhlükəsizliyi üzrə inspektor” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər
Ali təhsil: Standartlaşdırma və sertifikasiya, Qida texnologiyası, Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar;
Qida sektorunda iş təcrübəsi mütləqdir;
Müvafiq sahədə ən azı 1-2 il iş təcrübəsi;
Qida məhsullarının keyfiyyət göstəriciləri və istehsal prosesləri haqqında praktiki bilik;
Keyfiyyətə nəzarət və sənədləşdirmə sahəsində təcrübə;
Analitik düşüncə və problemlərin səbəbini müəyyənləşdirmək bacarığı;
Hesabatların hazırlanması və sənədlərlə işləmə bacarığı;
Komandada işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Bilməlidir:
ISO 22000 – Qida təhlükəsizliyi idarəetmə sistemi;
ISO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi;
ISO 45001:2018 – Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi;
Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu;
Vəzifə öhdəlikləri:
Keyfiyyətə Nəzarət Planının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
İstehsalın bütün mərhələlərində məhsulun keyfiyyət göstəricilərinə nəzarət etmək;
Lahiyəyə daxil olan xammal, yarımfabrikat və digər məhsulların müəyyən edilmiş keyfiyyət standartlarına və texniki şərtlərə uyğunluğunu yoxlamaq;
Məhsulların qablaşdırılması və anbarlarda düzgün saxlanmasına nəzarət etmək;
İstehsal prosesində yaranan uyğunsuzluqları və keyfiyyət problemlərini müəyyən etmək;
Uyğunsuzluqların səbəblərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər hazırlamaq;
Keyfiyyətsiz məhsulların istehsalının və istehlakçıya təqdim edilməsinin qarşısının alınması üzrə tədbirlər görmək;
Məhsul və xidmət keyfiyyətinin yüksəldilməsi üzrə təkliflər hazırlamaq;
Qida təhlükəsizliyi üzrə yoxlamalar aparmaq və müvafiq hesabatları hazırlamaq;
ISO prosedurları və müvafiq təlimatların hazırlanmasında iştirak etmək;
Müəssisədaxili auditlərin keçirilməsində iştirak etmək;
Sanitar-gigiyenik vəziyyətin və istehsalat sahələrinin yoxlanılmasında iştirak etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək;
İstehsalatda baş verə biləcək zədələnmə və risklərin səbəblərinin təhlilində iştirak etmək;
Ətraf mühitin çirklənməsinin qarşısının alınması üzrə tədbirlərdə iştirak etmək;
İşçilərə müvafiq təhlükəsizlik və sanitar-gigiyena tələbləri üzrə təlimatların keçirilməsində iştirak etmək.
İşəgötürənin təklif etdiyi imkanlar
Rəsmi əmək münasibətləri;
Stabil iş şəraiti;
Peşəkar inkişaf imkanı;
Qida sənayesi üzrə müxtəlif istehsal proseslərində təcrübə;
Əmək haqqının namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyənləşdirilməsi.
CV-nizi “Qida təhlükəsizliyi üzrə inspektor” qeyd edib [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.