
Vəzifə öhdəlikləri
Təchizatçılar və anbar tərəfindən smeta üzrə göndərilən materialları yoxlamaq və qəbul etmək. Yoxlama zamanı uyğunsuzluqları aşkar etmək və müvafiq düzəlişlər etmək
Mağazalarda təmirdən öncə formalaşan bütün söküntü materiallarının tikinti anbarına qaytarılmasını təmin etmək
Smeta üzrə istifadə olunmamış və istifadəyə yararlı qalıq materialları akt əsasında müvafiq şəxslərə təhvil vermək
Təmir-tikinti işləri bitməzdən 2 iş günü öncə Təmir-tikintiyə nəzarət üzrə baş mühəndisə bu barədə məlumat vermək
Namizədə dair tələblər
Təhsil: Ali (İnşaat Mühəndisliyi arzuolunandır)
Təcrübə: Müvafiq sahədə minimum 1 il
Avtomobil (Mütləq)
Kompüter bilikləri: MS Office (İlkin səviyyədə)
Tikinti ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumatlı olmaq
Materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı
Komanda ilə işləmək bacarığı
Effektiv ünsiyyət, məsuliyyətlilik
Əlavə təminatlar:
Nahar;
Yanacaq təminatı
Korporativ nömrə;
İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini 055 205 82 70 nömrəsinə CV göndərməniz xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.