İş şəraiti
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Çinar Park Biznes Mərkəzi, 2-ci bina, 3-cü mərtəbə, 309-cu otaq
İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–17:00; 6-cı gün qısa iş saatı
Əmək haqqı: 1000–1500 AZN
Əsas Fəaliyyət İstiqamət: Tikinti təmir və yenidənqurma
Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi
Vəzifə öhdəlikləri
Tikinti layihələri üzrə smeta və xərc planlarının hazırlanması;
Layihələrin büdcəsinin hesablanması və xərclərin planlaşdırılması;
Material, əmək və digər resursların dəyərinin hesablanması;
Smeta sənədlərinin hazırlanması və təhlili;
Faktiki xərclərin planlaşdırılmış büdcə ilə müqayisəsinin aparılması;
Layihələr üzrə maliyyə və xərc hesabatlarının hazırlanması.
Tələblər
Smeta və planlama sahəsində 3-5 il iş təcrübəsi;
Tikinti sahəsi üzrə biliklərin olması;
MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı;
Smeta proqramları ilə işləmə bacarığı üstünlükdür;
Analitik düşünmə və hesablama qabiliyyəti;
Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
Komandada işləmək bacarığı.
CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.