Vəzifə öhdəlikləri
Gündəlik olaraq, növbəti iş gününə keçən sənədlərin "Excel" cədvəlində qeydiyyatını təmin edir.
Gündəlik olaraq elektron qaimə, təhvil-təslim aktları və digər müşaiyətedici sənədlərin çapı və sistemləşdirilməsi işini icra edir.
Sənədlərin müvafiq qaydada təsdiqi (imza və möhür) və zərflənərək kuryer xidməti vasitəsilə göndərilməsi işini icra edir.
Gün ərzində müəssisəyə daxil olan və müəssisədən xaric olan sənədlərin Excel proqramı üzərindən qeydiyyatını aparır və daxil olan sənədlərin arxivləşdirilməsini təmin edir
Mütəmadi olaraq avans hesabatlarını tərtib edir.
“ASAN Doc” platforması vasitəsilə elektron sənəd dövriyyəsini idarə edir.
Zəruri sənədlərin skan edilərək elektron poçt vasitəsilə müvafiq müəssisələrə operativ çatdırılmasını təmin edir.
Filiallardan daxil olan sənədlərin müvafiq qaydada təsdiqini (imza və möhür) təmin edir, onları skan edərək elektron formatda geri göndərir.
Zəruri hallarda müştərilərin təcili sənəd tələblərini qarşılamaq məqsədilə, sənədləri PDF formatında müvafiq filiallara (və ya struktur bölmələrə) təsdiq üçün göndərir
Partnyor şirkətlərin daxili tələblərinə uyğun olaraq, müşayiətedici sənədləri fərqli şablonlarda hazırlayır və xüsusi hallara (ezamiyyət, fərqli çatdırılma ünvanları və s.) uyğun sənədləşməni təmin edir.
Düzəliş edilmiş qaimələr üzrə müşayiətedici sənədlərin təkrar çapını və göndərilməsini təmin edir
Günlük fəaliyyət barədə hesabatları hazırlayaraq baş mühasibə təqdim edir.
Kargüzarlıq işlərinin təşkili üçün zəruri olan ofis ləvazimatlarının sifarişini satınalma şöbəsinə təqdim edir.
Şirkətlərin hüquqi statusunda (ad, rəhbərlik, ünvan) baş verən dəyişiklikləri izləyir və müraciətlər əsasında zəruri sənədləri (reyestr çıxarışı) tələb edir
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.