
Şirkət: Lənkəran Konserv Zavodu
İş yeri: Lənkəran şəhəri
İş qrafiki: Həftənin 5 günü
Namizədə dair ümumi tələblər:
Ali təhsil;
Təftiş, daxili audit, inventarizasiya və ya nəzarət sahəsində minimum 3 il iş təcrübəsi;
Microsoft Office proqramları (xüsusilə Excel və Word) üzrə yaxşı səviyyədə biliklər;
1C ERP proqramı ilə işləmək bacarığı;
Analitik düşünmə, diqqətlilik və hesabat hazırlama bacarığı;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Vəzifə üzrə öhdəliklər/əmək funksiyaları:
Anbar və kassa inventarizasiyalarının təşkil edilməsi və nəticələrinin təhlili;
Aşkarlanmış uyğunsuzluqların araşdırılması və müvafiq hesabatların hazırlanması;
İstehsalat proseslərinə nəzarətin həyata keçirilməsi və yoxlamaların aparılması;
Utilizasiya prosedurlarının və əlaqədar sənədləşmənin düzgün icrasına nəzarət;
Təftiş nəticələri üzrə tövsiyələrin hazırlanması və proseslərin təkmilləşdirilməsinə dəstək verilməsi.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Müraciət edərkən mövzu yerinə “Təftiş üzrə mütəxəssis – Lənkəran” qeyd etməyiniz vacibdir.