
Əsas tələblər:
Ali təhsil
Müştəri xidmətləri üzrə azı 3 il iş təcrübəsi
Vəzifə öhdəlikləri:
Daxili prosedura, müvafiq sənəd və proqramlarda əks etdirilən qaydalara əsasən əlaqə mərkəzi vasitəsilə xidmət göstərmək;
Şirkətin biznes istiqamətləri üzrə təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatlı olmaq;
Sorğu nəticələrinin düzgün şəkildə müvafiq proqramlarda qeydə alınması;
Əlaqə mərkəzi əməkdaşlarının dəyərləndirilməsi;
Müştərilərlə zəng vasitəsilə əlaqə saxlayaraq xidmət keyfiyyətinin ölçülməsi məqsədi ilə mövcud ssenari çərçivəsində sorğu aparmaq;
Şikayətlərin gündəlik daha detallı şəkildə təhlil olunması və müvafiq fayla əlavə edilməsi; Müraciətləri əsaslı və əsassız olmaqla ayrılaraq ilkin qiymətləndirilməsi;
Müştərilərin şikayətlərinin vaciblik dərəcəsindən aslı olaraq komanda üzvlərinə, eləcə də müvafiq Bizneslərin aidiyyəti departamentlərindəki məsul şəxslərə vaxtında yönləndirilməsi.
Şikayət bağlananadək izlənilməsi.
Bilməlidir:
Keyfiyyət və audit bilikləri
Keyfiyyət idarəetməsi baza prinsiplərini
Uyğunsuzluqların aşkarlanması metodlarını
Uyğunsuzluqların aşkarlanması, səbəb-təsir analizi və onların aradan qaldırılması metodlarını
Hüquqi və normativ əsaslar
İstehlakçı hüquqları, müştəri məmnuniyyəti və xidmət keyfiyyətinə dair yerli qanunvericilik barədə əsas biliklər
Hesabat bacarıqları
MS Office proqramlarını (xüsusilə Excel və Word) sərbəst istifadə etməyi
Hesabatların hazırlanması və təqdim edilməsində tələb olunan standart yazışma üslubunu
Analitik və müşahidə bacarıqları
Təhlil aparmaq, detallara diqqət yetirmək və nəticələri düzgün qiymətləndirmək
Müşahidələr əsasında əsaslı və faktlara söykənən qərar vermək
Müştəri məmnuniyyəti və xidmət keyfiyyəti
Müştəri məmnuniyyətinin ölçülməsi metodlarını
Müştəri şikayətlərinin idarə olunması və həlli proseslərini
Müştəri xidmətində etik davranış və ünsiyyət normalarını
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Keyfiyyət auditi üzrə mütəxəssis” qeyd edərək müraciət edə bilərsiniz.