İş Elanı
Şirkətimizin portfoliosuna daxil olan tibbi avadanlıqlar, ləvazimatlar, laboratoriya avadanlıqları, reaktivlər və digər sərf materiallarının satışı və marketinqi üzrə bilik və təcrübəsi ilə komandamıza dəyər qatacaq yeni əməkdaşlar axtarırıq.
İşəgötürən: PulsMed MMC
İş şəraiti
İş yeri: Bakı, Yasamal rayonu
İş rejimi: 5 günlük (09:00–18:00)
Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Vəzifə öhdəlikləri
Şirkətin məhsul və xidmətləri haqqında öyrənmək və bu bilikləri satış prosesində tətbiq etmək;
Mövcud və potensial müştərilərlə əlaqə saxlamaq, onların ehtiyaclarını anlamağa çalışmaq;
Komanda rəhbərinin nəzarəti ilə məhsul təqdimatlarında iştirak etmək və müştərilərə ilkin məlumatları təqdim etmək;
Satış prosesinə dair sənədlərin hazırlanmasını və sistemə daxil edilməsini icra etmək;
Bazar haqqında ilkin məlumatları toplamaq və rəhbərliyə təqdim etmək;
Müştərilərdən gələn sualları, şikayətləri və sorğuları düzgün şəkildə qeydə almaq və rəhbərliklə razılaşdıraraq aidiyyəti üzrə cavablandırmaq;
Komanda ilə birlikdə marketinq aksiyalarında, təqdimat və sərgilərdə iştirak etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
Gördüyü işlərlə bağlı rəhbərliyə mütəmadi hesabat vermək;
İşi daha yaxşı yerinə yetirmək üçün mütəmadi olaraq təlimlərdə iştirak etmək və özünü inkişaf etdirmək.
Tələb olunan bilik və bacarıqlar
Ali təhsil – tibb, biologiya, əczaçılıq, kimya, biotexnologiya və ya digər əlaqəli sahələr üzrə bakalavr dərəcəsi (yeni məzunlara üstünlük verilə bilər);
Satış və marketinq sahəsinə maraq – bu sahədə işləmək istəyi, motivasiya və öyrənməyə həvəs;
Ünsiyyət bacarıqları – insanlarla asan ünsiyyət qurmaq, özünü ifadə edə bilmək və komandada işləmək bacarığı;
Məhsulları öyrənməyə və təqdim etməyə hazır olmaq – təlimlər vasitəsilə tibbi avadanlıqlar və məhsullar barədə bilik qazanmaq və bu bilikləri tətbiq etmək;
Təşəbbüskarlıq və məsuliyyət hissi – verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək bacarığı;
Ofis proqramlarında işləmə bacarığı – əsas Microsoft Office proqramlarını (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı;
Dil bilikləri – Azərbaycan dili sərbəst, İngilis və Rus dili bilikləri;
Təlim və inkişaf yönümlü yanaşma – şirkət daxilində keçiriləcək təlimlərdə aktiv iştirak etmək və daim özünü inkişaf etdirməyə çalışmaq.
Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Satış və marketinq üzrə namizəd” yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.