
Fərid Firması hesabatlılıq sahəsində çalışacaq tikinti üzrə məlumatı olan əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
Tikinti işləri üzrə hesabatların aparılması;
Qaimələrin və digər sənədlərin qeydiyyatının və sistemləşdirilməsinin aparılması;
İş icraçıları ilə mütəmadi əlaqə saxlanılması və görülən işlər barədə hesabatların alınması;
Mədaxil və məxaric göstəricilərinin müqayisə və təhlil edilməsi;
Xərclər və daxilolmalar üzrə məlumatların toplanması və yoxlanılması;
Hesabatların və cədvəllərin hazırlanması;
Hazırlanan hesabatların rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
Bəy namizəd
Ali təhsil;
Tikinti sahəsi haqqında biliklərin olması;
Excel proqramı ilə işləmək bacarığı;
Hesabat və sənədlərlə işləmək bacarığı;
Diqqətli, məsuliyyətli və analitik düşüncə qabiliyyətli olması;
Komandada və iş icraçıları ilə effektiv ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
Şirkət: Fərid Firması
İş qrafiki: Həftədə 6 gün
İş saatı: 09:00 – 18:00
Əmək haqqı: Razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə 050 241 55 00