BOKT “Caspian İnvest” MMC “Komplayens şöbəsinə mütəxəssis / baş mütəxəssis” vəzifəsi vakansiyasını elan edir.
Elanın təsviri
Ərazi: Bakı, Əhməd Rəcəbli küç. 2/15
Maaş: Qarşılığlı razılaşma əsasında təyin olunur
Müqavilə: Əmək müqaviləsi
İş barədə məlumat
Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarət edilməsi;
PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
Şübhəli əməliyyatlar barədə maliyyə monitorinq orqanına hesabat və məlumatların hazırlanması;
Maliyyə Monitorinq Xidmətindən daxil olan sorğuların cavablandırılması;
Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
Müştərilərin risk kateqoriyasına uyğun olaraq onların profil məlumatlarının yenilənməsi;
PL/TMM və Komplayens şöbəsinə fəaliyyəti ilə əlaqəli filiallara və Bokt daxili digər strukturlara sorğuların göndərilməsi;
BOKT-nin struktur bölmələrindən ƏL/TMM və Komplayens şöbəsinə daxil olan sorğuların araşdırılması və cavablandırılması.
Namizədə tələblər
Ali təhsil (Maliyyə, iqtisadiyyat üzrə təhsil);
Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi (əməliyyat sahəsi üçün ən azı 6 aylıq iş təcrübəsi arzuolunandır);
Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - orta səviyyədə;
Kompüter bilikləri: Microsoft Office Word, Excel - orta səviyyədə; (Microsoft Power BI arzuolunandır);
Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Məsuliyyətlilik.
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Komplayens şöbəsinə mütəxəssis / baş mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.