
İş şəraiti
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir (istirahət günləri növbəli qrafik əsasında həftə ərzində 2 gün olmaqla tənzimlənir)
Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
İşin Təsviri:
Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;
Qonaqlarla görüşlərin təşkil olunması;
Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;
Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.
Namizədə Tələblər:
Ali təhsil
Xanım namizəd
Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
Rus dilində sərbəst ünsiyyət bacarığının olması mütləqdir.
Müştəri xidmətləri üzrə təcrübənin olması üstünlük hesab edilir.
Təşkilati bacarıqlar;
Yazılı və şifahi ünsiyyət bacarığı;
Yüksək etik davranış qabiliyyəti;
Səbrli və məsuliyyətli olmalı.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Müştəri xismətləri üzrə mütəxəssis” qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.