Vəzifə öhdəlikləri
Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək;
Aylıq, rüblük və illik büdcə icrasını təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
Faktiki göstəriciləri büdcə və proqnoz göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları təhlil etmək;
Maliyyə və idarəetmə hesabatlarının hazırlanmasını təmin etmək;
Gəlir və xərclərin təhlilini aparmaq;
Pul vəsaitlərinin hərəkəti və maliyyə göstəricilərinin təhlilində iştirak etmək;
Rəhbərlik üçün analitik hesabat və təqdimatlar hazırlamaq;
Büdcə planlaması üzrə struktur bölmələri ilə koordinasiyalı işləmək;
Maliyyə məlumatlarının düzgünlüyünü yoxlamaq və hesabatlılığın vaxtında təqdim edilməsini təmin etmək;
Maliyyə göstəricilərinin təhlili və optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq.
Namizədə tələblər
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
Maliyyə/mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən ən azı 1 il böyük mütəxəssis vəzifəsində təcrübə;
ACCA sertifikatlarının (minimum F3, F7) olması;
ERP və MS Office proqramları üzrə yüksək bilik və bacarıqlar;
İngilis dili biliyi mütləqdir;
Big 10 şirkətlərdə iş təcrübəsi üstünlükdür;
Analitik düşünmə, rəqəmlərlə işləmə və hesabat hazırlama bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Büdcə və Hesabatlılıq üzrə böyük mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.