
Əmək haqqı: Müsahibə əsasında
Təcrübə: Minimum 1 il
Əsas vəzifələr:
Texniki ofisin gündəlik işlərinə inzibati və texniki dəstək göstərmək;
Excel proqramında hesabatların və məlumatların hazırlanması və aparılması;
AutoCAD proqramı ilə işləmək;
Ümumi tender sənədlərinə və proseslərinə baxış keçirmək;
Əməkdaşların davamiyyətinin izlənilməsi və uçotunun aparılması;
Tikinti sahələrində çalışan əməkdaşlarla operativ kommunikasiya yaratmaq;
Sahələrdən daxil olan məsələlərin koordinasiyası və problemlərin həllinə dəstək olmaq;
Kargüzarlıq və sənədləşmə işlərini həyata keçirmək;
Texniki xarakterli gündəlik işləri yerinə yetirmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Excel proqramını yaxşı səviyyədə bilmək;
AutoCAD proqramı ilə işləmək bacarığı;
Kargüzarlıq və sənədləşmə üzrə anlayış;
Güclü kommunikasiya və problem həll etmə bacarığı;
Stress altında işləmək və operativ qərar vermək bacarığı;
Məsuliyyətli, diqqətli və təşkilatçı olmaq;
Tikinti sahəsində iş prinsiplərini anlamaq üstünlükdür.
İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00
6-cı gün hbrid iş rejimi evdən
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.