
BOKT “Falcon Finance” MMC Lizinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
İş şəraiti
Ərazi: Bakı
Maaş: Razılaşma
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
Əsas vəzifələr:
Lizinq məhsullarının satışını həyata keçirmək və yeni müştərilərin cəlb edilməsini təmin etmək;
Potensial müştərilərlə görüşlər keçirmək, lizinq məhsulları və şərtləri barədə ətraflı məlumat vermək;
Lizinq müraciətlərini qəbul etmək, ilkin təhlilini aparmaq və müraciət prosesini idarə etmək;
Müştərilərdən tələb olunan sənədləri toplamaq, yoxlamaq və tamlığını təmin etmək;
Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək;
Lizinq dosyelərini hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək;
Təsdiq edilmiş lizinq əməliyyatlarının rəsmiləşdirilməsi prosesində iştirak etmək;
Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək, yüksək xidmət keyfiyyətini təmin etmək və satış hədəflərinin icrasına nail olmaq;
Daxili prosedur və qaydalara uyğun sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetrimək.
Tələblər:
Yaş: 25 — 45 yaş
Təhsil: Ali təhsil
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (yalnız Bank, BOKT təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir);
Güclü analitik qabiliyyət və satış bacarığı;
Təhlil, qərarvermə və ünsiyyət bacarıqları;
MS Office proqramlarında işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Lizinq mütəxəssisi” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.