
Supertoys komandamıza e-ticarət və marketplace kanallarının inkişafına cavabdeh olacaq, analitik düşüncəyə və satış yönümlü yanaşmaya sahib E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri:
Supertoys-un e-ticarət platforması və marketplace kanallarında(Wolt, Bolt, Birmarket, Tap.az) məhsulların yerləşdirilməsi və aktuallığının qorunması;
Yeni məhsulların platformalara vaxtında əlavə edilməsi;
Məhsul adları, təsvirləri, xüsusiyyətləri, qiymətləri, şəkilləri və digər məlumatların düzgün daxil edilməsi;
SEO tələblərinə uyğun olaraq məhsul adları, təsvirləri və açar sözlərin optimallaşdırılması
Qiymət, stok və məhsul mövcudluğu məlumatlarını mütəmadi yeniləmək;
Marketplace-lərdə məhsulların görünürlüğünü və satış performansını artırmaq üçün təkliflər hazırlamaq;
Kampaniya, endirim və xüsusi təkliflərin marketplace platformalarında vaxtında tətbiq edilməsini təmin etmək;
Marketplace-lərin kampaniya imkanlarını araşdırmaq və satışın artırılması üçün yeni mexanikalar təklif etmək;
Məhsul satışları, sifariş sayı, dövriyyə, orta çek, conversion və digər əsas KPI-ları izləmək;
Marketplace-lər üzrə satış nəticələrini analiz etmək və aylıq/həftəlik hesabatlar hazırlamaq;
Satışı yüksək və aşağı olan məhsulları müəyyən etmək və müvafiq aksiyalar təklif etmək;
Marketinq, satınalma, satış, anbar və IT komandaları ilə koordinasiyalı işləmək;
Marketplace tərəfdaşları ilə operativ kommunikasiya aparmaq;
Müştəri təcrübəsinin və onlayn alış prosesinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
Rəqiblərin marketplace-lərdə qiymət, çeşid, kampaniya və təqdimatlarını monitorinq etmək;
Namizədə tələblər ;
E-ticarət və ya marketplace sahəsində iş təcrübəsi;
Marketplace platformalarının iş prinsiplərini bilməsi;
Məhsul kontentinin idarə olunması üzrə praktiki təcrübə;
Satış göstəricilərinin və hesabatların analiz edilməsi bacarığı;
Analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti;
Komanda ilə işləmək və müxtəlif şöbələrlə effektiv koordinasiya qurmaq bacarığı;
Rus və ya ingilis dilini bilmək üstünlükdür.
Uşaq məhsulları və retail sahəsində təcrübə üstünlükdür.
Əmək haqqı: 1000-1200 AZN (Əməkdaşın bilik və bacarıqlarına uyğun təyin olunacaq)
Müraciət üçün CV-lərinizi mövzu hissəsində vəzifə adını “E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.