
Tələblər:
Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi, təhlükəsizlik və ya əlaqəli sahə üzrə bilik və iş təcrübəsi;
Yanğın təhlükəsizliyi norma və qaydaları barədə məlumatlı olmaq;
Tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
Obyektlərdə mütəmadi sahə yoxlamaları aparmağa hazır olmaq;
Məsuliyyətli, diqqətli, tələbkar və operativ olmaq;
Aşkar edilmiş risk və nöqsanları düzgün qiymətləndirmək və onların aradan qaldırılmasını izləmək bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti.
Vəzifə öhdəlikləri:
Şirkətin tikinti layihələrində və hazır obyektlərində yanğın təhlükəsizliyi qaydalarına və tələblərinə riayət olunmasına nəzarət etmək;
Obyektlərdə mütəmadi yoxlamalar aparmaq, yanğın riski yaradan halları və uyğunsuzluqları müəyyən etmək;
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün məsul şəxslərə müvafiq göstəriş və təkliflər vermək, icrasını nəzarətdə saxlamaq;
Yanğınsöndürmə balonlarının, yanğın şkaflarının, hidrantların, siqnalizasiya və digər yanğından mühafizə vasitələrinin mövcudluğuna və işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Təxliyə yollarının, çıxışların və yanğın təhlükəsizliyi nişanlarının tələblərə uyğun vəziyyətdə olmasını yoxlamaq;
Tikinti sahələrində qaynaq, kəsmə və digər yanğın təhlükəli işlərin təhlükəsizlik tələblərinə uyğun aparılmasına nəzarət etmək;
Yanıcı və tezalışan materialların saxlanılması və istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq;
Əməkdaşların yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmasında iştirak etmək və zəruri maarifləndirmə işləri aparmaq;
Fövqəladə hal zamanı təxliyə və ilkin yanğınsöndürmə tədbirləri üzrə hazırlıq vəziyyətini nəzarətdə saxlamaq;
Yanğın təhlükəsizliyi ilə bağlı yoxlama nəticələrini, aşkar edilmiş nöqsanları və görülmüş tədbirləri sənədləşdirmək və rəhbərliyə hesabat təqdim etmək;
Yanğın təhlükəsizliyi üzrə daxili qayda və prosedurların icrasına nəzarət etmək.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri və şirkətin layihələri;
Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Yanğın təhlükəsizliyi üzrə mütəxəssis” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.