
Vəzifə öhdəlikləri:
Aylıq və rüblük maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanması;
Maliyyə hesabatlarının təhlilinin aparılması,zəruri uyğunlaşma və yeniliklərin tətbiqi,onların ümumi normalara uyğunluğunun yoxlanılması;
Büdcə planlama prosesinin təşkilində, formalaşmasında və icrasında iştirak;
Aylıq göstəricilər əsasında illik ehtimal hesabatlarının hazırlanması;
Büdcə və hesabatlılıq ilə əlaqədar yarana bilən bu və ya digər təhlillərin aparılması, maliyyə sənədlərinin hazırlanması;
Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi;
Kənar auditorlar və digər tərəflərlə davamlı,effektiv kommunikasiyanın təmin olunması;
Müvafiq dövlət qurumlarına və rəhbərliyə təqdim olunacaq bütün növ hesabatların hazırlanması , zəruri məlumatların tələb olunan qaydada hazırlanaraq təqdim edilməsi;
Büdcə hesabatlarının müqayisəli təhlili (plan-fakt) və hesabat dövrünün sonunda əhəmiyyətli dəyişikliklərin təqdim edilməsi;
Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək;
Namizədə tələblər:
Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
Maliyyə hesabatlılığı sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
ACCA F7, ACCA DipİFR və ya CİMA P1 sertifikatlardan ən azı birinin olması mütləqdir;
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Dalğa plaza
Ezamiyyə imkanları (zəruri hallarda)
5 günlük iş rejimi (bazar ertəsi – cümə)
İş vaxtı: Seçimə əsasən (08:00-17:00; 09:00-18:00; 10:00-19:00)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Hesabatlılıq üzrə aparıcı mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.