
AVENSOL MMC 315 MWac Neftçala Günəş Elektrik Stansiyası Layihəsi üçün Mülki İşlər üzrə Keyfiyyətə Nəzarət Müfəttişi axtarır.
İş şəraiti
İş yeri: Neftçala, Azərbaycan
Əmək haqqı: Razılaşma yolu ilə
Yaşayış: Təmin olunur
Qidalanma: Təmin olunur
Əsas vəzifələr
Mülki işlərin layihə sənədləri, texniki spesifikasiyalar və keyfiyyət tələblərinə uyğunluğuna nəzarət;
Torpaq işləri, qazıntı, dolğu, bünövrə, beton və dəmir-beton işlərinin yoxlanılması;
Materialların qəbul və uyğunluq yoxlamalarında iştirak;
Sahə inspeksiyaları, ölçmə və testlərin aparılması və sənədləşdirilməsi;
Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılmasının izlənilməsi;
ITP, inspeksiya protokolları, test nəticələri və digər keyfiyyət sənədlərinin aparılması;
Podratçı və subpodratçı işlərinin keyfiyyətinə nəzarət;
QA/QC və layihə komandası ilə koordinasiya.
Tələblər
İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Civil QC/QA sahəsində müvafiq iş təcrübəsi;
Günəş elektrik stansiyası, enerji və ya iri tikinti layihələrində təcrübə üstünlükdür;
Beton, armatur, torpaq işləri və bünövrə işləri üzrə bilik;
Keyfiyyət sənədləri və inspeksiya prosesləri üzrə təcrübə;
İngilis dili biliyi mütləqdir;
Texniki sənədlərlə işləmə və komanda ilə əməkdaşlıq bacarığı.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Elektron poçt mövzu hissəsində (Civil QC Inspector – Neftçala) qeyd olunması xahiş olunur.