
REGİONLAR ÜZRƏ İŞ - Tanınmış şəbəkə üçün uyğun yerləri görmək, kəşf etmək şirkət bacarığınız varsa bu iş sizlikdir.
Tamstore MMC aşağıda qeyd olunmuş ərazilə üzrə “Əmlak məsələləri üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir!
İş yerləri (Bakı, Lənkəran, Şabran, Qusar ,Şamaxı, Gəncə ,Qazax ,Qarabağ ,Naxçıvan)
Əsas vəzifə öhdəlikləri:
Standartlara uyğun mağaza yerlərinin aşkarlanması (yetərli yaşayış, insan hərəkətliyi və mövcud marketimizdən fərqli yer olması);
Rəqib fəaliyyətin araşdırılması (marketin sahəsi və cəbhəsi, kreditə işləməsi);
Mağaza yerinin rəhbərliyə təqdim edilməsi;
Sahibkarla görüşüb təklif verilməsi;
Sahibkara ilkin müqavilə şərtlərimizin izah olunması və sənədlərinə baxılması (3 faiz və vergi kodu).
Tələblər:
Analitik düşünmə və bazar araşdırması aparmaq bacarığı;
Danışıqlar aparma və effektiv ünsiyyət bacarığı;
MS Office proqramlarında işləmə bacarığı;
Operativ qərarvermə, məsuliyyətlilik və nəticəyönümlülük;
İş təcrübəsi 6 ay;
Nəqliyyat vasitəsinin olması.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Ərazi.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Əmək haqqı:800 azn + bonus
Nahar: Şirkət tərəfindən təmin olunur
Qeyd: Amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əmlak məsələləri üzrə mütəxəssis - "çalışmaq istədiyiniz ərazi””yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.