
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Hesabatlılıq üzrə aparıcı mütəxəssis axtarır
Əsas vəzifə öhdəlikləri:
Maliyyə və əməliyyat göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq;
Əməliyyat sistemləri və məlumat bazalarından məlumatları toplamaq, emal və təhlil etmək;
Hesabat məlumatlarının dəqiqliyini və tamlığını yoxlamaq, uyğunsuzluqları aradan qaldırmaq;
Hesabatlılıq proseslərini təkmilləşdirmək, rəhbərlik üçün analitik məlumatlar və təqdimatlar hazırlamaq;
Müvafiq struktur bölmələrlə əməkdaşlıq edərək məlumatların vaxtında əldə olunmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
Maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Hesabatlılıq, maliyyə təhlili və ya analitika sahəsində minimum 3 il iş təcrübəsi;
MS Excel üzrə yüksək səviyyədə bilik, iri həcmli məlumatlarla işləmək və onları təhlil etmək bacarığı;
Analitik düşünmə, problemlərin həlli, detallara diqqət və effektiv kommunikasiya bacarıqları;
Üstünlük hesab olunur:
Power BI və digər məlumatların vizuallaşdırılması alətləri üzrə biliklər;
Məlumat bazalarının sorğulanması, maliyyə modelləşdirilməsi və büdcə təhlili üzrə təcrübə;
Nəqliyyat sahəsində iş təcrübəsi.
İş yeri: Binəqədi rayonu, Sumqayıt şosesi 3.
İş rejimi: 5 günlük.
Əməkhaqqı: Müsahibə əsasında.
Müraciət qaydası:
Namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına, mövzu hissəsində “Hesabatlılıq üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərlər.