
Vəzifə öhdəlikləri:
Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək;
Aylıq, rüblük və illik büdcə icrasını təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
Faktiki göstəriciləri büdcə və proqnoz göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları təhlil etmək;
Maliyyə və idarəetmə hesabatlarının hazırlanmasınında iştirak;
Rəhbərlik üçün analitik hesabat və təqdimatlar hazırlamaq;
Büdcə planlaması üzrə struktur bölmələri ilə koordinasiyalı işləmək;
Mühasibat əməliyyatlarının tranzaksiyaların düzgünlüyünü yoxlamaq və ay bağlanışı prosesində iştirak;
Namizədə dair tələblər:
ACCA sertifikatlarının (minimum F3, F7) olması;
ERP (1C bilikləri arzuolunandır) və MS Office proqramları üzrə yüksək bilik və bacarıqlar;
Analitik düşünmə, rəqəmlərlə işləmə və hesabat hazırlama bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət.
Xüsusi tələblər:
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
İş təcrübəsi: Maliyyə sahəsi üzrə minimum 3-5 il
Rus və ingilis dili biliyi üstünlükdür.
İş şərtləri:
İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
Nahar şirkət tərəfindən təmin edilir
İş yeri: Ağdam rayonu
Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
CV-lərinizi [email protected] elektron poçt ünvanına “Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis” başlığı ilə göndərə bilərsiniz.
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.