
Əsas vəzifə öhdəlikləri:
Istehsalat üzrə hesabat mütəxəssisi birbaşa Beton prekast istehsalat məmulatları üzrə menecerinə tabedir
Beton boru istehsalı üzrə istehsal planlarının hazırlanması və icrasının nəzarəti;
İstehsal planı ilə faktiki istehsal göstəricilərinin müqayisəli təhlilinin aparılması;
Texniki sənədlərin, layihə çertyojlarının və spesifikasiyaların hazırlanması və yoxlanılması;
İstehsal prosesində istifadə olunan materialların , avadanlıqların hesablanması və optimallaşdırılması;
İstehsal sahəsi və texniki ofis arasında koordinasiyanın təmin edilməsi;
Keyfiyyətə nəzarət və keyfiyyətə zəmanət departamenti ilə əməkdaşlıq edərək məhsulların standartlara uyğunluğunun yoxlanılması;
İstehsal göstəricilərinə dair gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
Texniki problemlərin analizi və həlli, təkmilləşdirmə təkliflərinin hazırlanması;
Rəhbərlik tərəfindən daxil olan bütün sorğuları icra etmək.
Tələb olunan bilik və bacarıqlar:
Tikinti materialları, xüsusilə beton və dəmir-beton məhsullarının istehsalı üzrə biliklər;
İstehsalat proseslərini oxumaq və təhlil etmək bacarığı;
AutoCAD və digər dizayn proqramlarında sərbəst işləmək;
MS Office proqramları ilə hesabatların hazırlanması bacarığı;
Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarığı;
Komandada işləmə və sahə ilə ofis arasında koordinasiyanı təmin etmə bacarığı.
Təhsil və təcrübə:
Ali təhsil (mühəndislik ixtisasları üzrə – İnşaat, Mexanika və s.);
Beton boru və ya oxşar istehsal sahəsində minimum 2–3 il iş təcrübəsi;
İstehsalat sahəsində texniki sənədləşmə və keyfiyyət standartları üzrə biliklər.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “İstehsalat üzrə hesabat mütəxəssisi” başlığı ilə göndərməklə edə bilərsiniz.