Namizədə dair tələblər:
Cins: Kişi
Yaş: 21–45 yaş
İş təcrübəsi müddəti: Minimum 2 il iş təcrübəsi arzuolunandır. Lazer printerlərin texniki xidməti və təmiri üzrə praktiki təcrübəyə üstünlük verilir.
Təhsil: Orta ixtisas və ya ali təhsil. Elektronika, mexanika, avtomatlaşdırma və ya texniki ixtisas üzrə təhsil üstünlükdür.
Dil bilikləri: Azərbaycan dili – yaxşı səviyyədə. Rus dili – üstünlükdür.
Digər tələblər:
Lazer printerlərin texniki xidməti və təmiri üzrə praktiki təcrübə;
3D printerlərin quraşdırılması, sazlanması, kalibrlənməsi və təmiri üzrə bilik və ya təcrübə;
Printerlərin mexaniki və elektron komponentləri haqqında texniki anlayış;
Printerlərin diaqnostikası və nasazlıqların səbəblərini müəyyənləşdirmək bacarığı;
Toner, kartric, drum, fuser, roller və digər printer komponentləri ilə işləmək bacarığı;
3D printerlərdə nozzle, hotend, extruder, platforma, motor və digər hissələrin texniki xidməti üzrə bilik;
Filament növləri və onların istifadə xüsusiyyətləri haqqında məlumat;
3D modellərin çapa hazırlanması və slicer proqramlarından istifadə bacarığı;
Cura, PrusaSlicer, OrcaSlicer və ya digər slicer proqramları ilə işləmə bacarığı;
FDM/FFF tipli 3D printerlərlə iş təcrübəsi üstünlükdür;
Elektronika və elektrik dövrələri üzrə baza bilikləri;
Texniki alətlərdən düzgün və təhlükəsiz istifadə bacarığı;
Problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı;
Məsuliyyətli, diqqətli və dəqiq işləmək;
Komandada işləmək və yeni texnologiyaları öyrənməyə açıq olmaq.
Vəzifələr:
Lazer printerlərin texniki baxışını, diaqnostikasını və təmirini həyata keçirmək;
Printerlərin mexaniki və elektron komponentlərini yoxlamaq və dəyişdirmək;
Toner, kartric, drum, fuser, roller və digər komponentlərə texniki xidmət göstərmək;
3D printerlərin quraşdırılması, sazlanması və kalibrlənməsini həyata keçirmək;
Nozzle, hotend, extruder, platforma, motor və digər 3D printer hissələrinin texniki xidmətini həyata keçirmək;
Printerlərdə yaranan nasazlıqları operativ müəyyənləşdirmək və aradan qaldırmaq;
3D modelləri çapa hazırlamaq və slicer proqramlarında çap parametrlərini tənzimləmək;
Çap keyfiyyətini analiz etmək və optimallaşdırmaq;
Printerlərin düzgün və təhlükəsiz işləməsini təmin etmək;
Görülmüş texniki işlər barədə məlumat və hesabat təqdim etmək.
Əməkhaqqı : Müsahibə əsasında / namizədin bilik və təcrübəsinə uyğun olaraq
İşçi ilə rəsmi əmək müqaviləsinin bağlanılması nəzərdə tutulur.
Əlavə imkanlar və sosial paket müsahibə zamanı namizədə təqdim ediləcək.
İş yerinin ünvanı: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 89B
İş qrafiki
Həftənin iş günləri: 1-ci – 5-ci günlər
İş saatları: 09:00 – 18:00
Müraciət qaydası
Namizədlər CV-lərini aşağıdakı əlaqə vasitələri ilə göndərə bilərlər:
E-mail: [email protected]
Vatsap: 051 244 39 11
Müraciət üçün son tarix: 05.11.2026