
Vəzifə öhdəlikləri:
Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində müvafiq qeydlərin aparılması;
Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyatda olan gəmilərə "Minimum heyət tərkibi haqqında Şəhadətnamə"nin və digər gəmi sənədlərinin verilməsi ilə bağlı sənədlərin hazırlanması;
"Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olaraq gəmilərin və dəniz limanlarının yoxlanılmasını həyata
keçirmə, həmçinin keçirilən yoxlamalara uyğun olaraq şəhadətnamələrin hazırlanması;
Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinin yoxlanılmasında iştirak edilməsi və müvafiq sənədlərin hazırlanması;
Gəmilərin və gəmiçilik şirkətlərinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə" üzrə həyata keçirilmiş yoxlamaların nəticəsinə uyğun olaraq müvafiq Şəhadətnamələrin hazırlanması;
Gəmiçilik şirkətlərinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə" üzrə planlarının yoxlanılması;
Gəmi agenti kursları üzrə proqramların hazırlanmasında iştirak edilməsi;
Gəmilərin təhlükəsiz istismarına dair sənədlərin hazırlanması;
Şöbənin vəzifələrinə uyğun olaraq əmrlərin və müraciətlərlə bağlı müvafiq sənədlərin hazırlanması;
Tələb olunan bilik və bacarıqlar:
Dəniz nəqliyyatı sahəsində Beynəlxalq Konvensiyaların və yerli qanunvericiliyin tələbləri;
"Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları" haqqında biliklər;
MS Office proqramlarında işləmə bacarığı;
Şifahi və yazılı ünsiyyət bacarığı;
Dəqiqlik və məsuliyyətlilik;
Stresə davamlılıq.
Planlama və zamanın idarə olunması bacarığı;
İnnovativlik;
Komandada işləmə bacarığı.
Vəzifə üzrə təcrübə:
Müvafiq sahə üzrə minimum - 2 il iş təcrübəsi.
Təhsil və kvalifikasiyalar:
Gəmi sürücülüyü, Gəmi energetik qurğularının istismarı və ya Gəmiqayırma və gəmi təmiri ixtisasları üzrə ali təhsil.
Dil bilikləri:
Azərbaycan dili (səlis) və İngilis dili (B1)
Arzu olunan tələblər:
Dənizçilik sahəsində müvafiq Beynəlxalq Təşkilatlardan beynəlxalq konvensiyalar və məcəllələr üzrə "Auditor" kursunun bitirilməsinə dair sertifikatların olması;
Rus dili-(B1).
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən öz Cv-lərini [email protected] elektron poçt ünvanına göndərməkləri xahiş olunur.