
“İnternational-Leasing” ASC Avtomobil üzrə Lizinq mütəxəssisi (Böyük / Baş / Aparıcı mütəxəssis) vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri
Avtomobil lizinqi üzrə müraciətlərin qəbul edilməsi və qiymətləndirilməsi;
Müştərilərlə görüşlərin keçirilməsi, məhsul və xidmətlər barədə ətraflı məlumat verilməsi;
Lizinq şərtlərinin müştərilərə izah edilməsi;
Müştərilərdən tələb olunan sənədlərin toplanılması və yoxlanılması;
Lizinq müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi prosesində iştirak;
Müştəri bazasının formalaşdırılması və mövcud müştərilərlə əlaqələrin idarə olunması;
Yeni müştərilərin cəlb edilməsi və satış planlarının icra olunması;
Avtomobil satıcıları və tərəfdaşlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
Müştəri portfelinin idarə olunması və satış nəticələrinin təhlili;
Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
Tələblər:
Ali təhsil;
Lizinq, bank, maliyyə, satış və ya avtomobil sektorunda iş təcrübəsi;
Vəzifə səviyyəsindən asılı olaraq müvafiq sahədə minimum 1–3 il iş təcrübəsi;
Lizinq və kredit məhsulları haqqında biliklər;
Maliyyə və müştəri məlumatlarını təhlil etmək bacarığı;
Satış və danışıqlar aparmaq bacarığı;
Müştəriyönümlülük və yüksək kommunikasiya qabiliyyəti;
MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı istifadə bacarığı;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Komandada işləmək bacarığı;
Məsuliyyətlilik, operativlik və iş intizamına riayət;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Avtomobil bazarı haqqında məlumatlılıq arzuolunandır
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş rejimi: tam iş günü;
Şirkət təklif edir:
Rəqabətqabiliyyətli əmək haqqı;
Bonus və motivasiya sistemi;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına Subject/Mövzu hissəsində “İnternational-Leasing” üzrə Böyük / Baş / Aparıcı mütəxəssis qeyd etməklə göndərmələri xahiş olunur.