
Sifarişlərin emalı və müştərilərlə iş üzrə mütəxəssis
Əsas Vəzifə Öhdəlikləri:
Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi
Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi
Tender və kotirovka protokollarının hazırlanması
Ticarət tərəfdaşlarına sifariş verməklə gündəlik əməliyyatları idarə etmək
Potensial təchizatçıların araşdırılması və müəyyənləşdirilməsi
Satınalma sifarişlərinin hazırlanması
Müştərilərlə danışıqlar / müştəri xidməti
Rəhbərin digər tapşırıqlarını yerinə yetirmək.
İş qrafiki: Bazar ertəsi–cümə: 09:00–18:00. Şənbə və bazar — istirahət günləri.
Tələblər:
Cinsi: Qadın 22–45 yaş arası
Ali təhsil
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi.
Neft və qaz sənayesində təcrübə (arzu olunan)
Çevik işləmək bacarığı.
Məsuliyyətli, dəqiq, çalışqan
Komanda ilə işləmək bacarığı
Microsoft Office proqramlarını, xüsusilə MS Excel-i yaxşı səviyyədə bilmək
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları (Az/Rus/Eng)
Şəxsi keyfiyyətlər
Biz təhlükəsiz, hörmətli, inklüziv, dinamik və iddialı korporativ mədəniyyətimizə uyğun ola bilən namizədlər axtarırıq.
Siz müsbət düşüncəli və kommersiya yönümlü “edə bilərəm” yanaşmasına malik komanda oyunçusu olmalısınız.
Təşkilat daxilində güclü əməkdaşlıq münasibətləri qurmaq bacarığına və yüksək dürüstlük hissinə sahib olmanız vacibdir.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: +994 51 280 95 15 - Araz bəy