
Azərbaycan Supermarket MMC "POS Marketinq üzrə Mütəxəssis" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Kampaniyaların POS material bölgüsü barədə brifin hazırlanması və icrasına nəzarət (Bayraqlar, Stendlər Security gate, Kassa üstü A3, Fasad, Gondola headlər, Palet və rəflərdə reklamların sayları və bölgüsü);
Mağazadaxili, mağazadankənar və şəhər ərazisində effektiv reklam məkanlarının və reklam qurğularının müəyyən edilməsi;
Mövcud reklam sahələrinin səmərəli istifadəsi üçün müvafiq müraciətlərin hazırlanması və razılaşdırma prosesinin aparılması;
Reklam daşıyıcılarının, vizual materialların və digər reklam məhsullarının hazırlanması, yenilənməsi və bərpası üçün sifarişlərin verilməsi;
Reklam işlərinin icrası zamanı mağazalar, satınalma, texniki xidmət və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
Mağazalara mütəmadi ərazi baxışlarının keçirilməsi, reklam materiallarının mövcud vəziyyətinin və marketinq kommunikasiyalarının düzgün yerləşdirilməsinin yoxlanılması;
Yeni açılacaq və yenilənəcək mağazalar üçün reklam yerlərinin müəyyən edilməsi, reklam yerləşdirmə planlarının hazırlanması və tətbiqinin koordinasiyası;
ID kartların dizaynı və Kommersiyaya göndərilməsi;
Ehtiyac olduqda mağazadaxili kommunikasiyaların hazırlanmasında dizayn dəstəyi göstərmək (ölçüyə salmaq, master faylları çap şirkətinə təqdim etmək və s.).
Tələblər:
Ali təhsil;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Rus və ya İngilis dili arzu olunandır;
Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
MS Office proqramları üzrə biliklər (xüsusilə Excel, Word və PowerPoint);
Excel-də məlumatların sistemləşdirilməsi, reklam planlarının və hesabatların hazırlanması bacarığı;
AutoCAD, Adobe Illustrator və ya digər qrafik proqramlar üzrə biliklər üstünlük hesab olunur.
Maraqlanan namizədlər [email protected] email ünvanına “POS Marketinq üzrə Mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.