
Qalacıq Şərab komandası üçün gündəlik əməliyyatların, istehsalat və təsərrüfat proseslərinin düzgün təşkilini və koordinasiyasını təmin edəcək Operations Manager axtarırıq.
Vəzifə öhdəlikləri
Müəssisənin gündəlik əməliyyat və iş proseslərinin təşkilində iştirak etmək;
İstehsalat və təsərrüfat işlərinin müəyyən edilmiş qrafikə uyğun icrasını koordinasiya etmək;
Əməkdaşlar arasında iş bölgüsünün və tapşırıqların icrasının izlənilməsinə dəstək olmaq;
Təchizat, anbar və logistika proseslərinin koordinasiyasını həyata keçirmək;
Xammal, material və hazır məhsul ehtiyatlarının uçotuna və hərəkətinə nəzarət etmək;
Gündəlik iş proseslərində yaranan problemləri müəyyən etmək və həlli istiqamətində tədbirlər görmək;
Daxili iş qaydalarının və əməliyyat prosedurlarının tətbiqinə nəzarət etmək;
Əməliyyat prosesləri üzrə məlumatların toplanması və hesabatların hazırlanmasını təmin etmək;
Namizədə tələblər
Ali təhsil (Biznesin idarə olunması, Menecment, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
Əməliyyatların idarə olunması, logistika və ya istehsalat sahəsində minimum 1–2 il iş təcrübəsi;
İş proseslərinin planlaşdırılması və koordinasiyası bacarığı;
Təşkilatçılıq və operativ qərarvermə bacarıqları;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Rus və ingilis dilini bilmək üstünlükdür
İş şəraiti
İş yeri: Qalacıq, İsmayıllı
Rəsmi əmək müqaviləsi;
Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun müəyyən edilir;
CV-lərinizi [email protected]elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.