Meqa Sığorta Sahibkarlarla iş şöbəsinin mütəxəssisi, aparıcı mütəxəssisi, baş mütəxəssisi vəzifələrinə işçilər axtarır!
Vəzifə öhdəlikləri:
Mikro, kiçik və orta sahibkarlıq subyektləri, eləcə də kommersiya obyektləri üzrə potensial müştərilərin axtarılması və ilkin əlaqələrin qurulması;
Müştərilərin fəaliyyət istiqaməti və ilkin sığorta ehtiyacları barədə məlumatların toplanması, uyğun biznes sığorta paketlərinin təqdim edilməsi;
Sığorta təkliflərinin hazırlanması və təqdim olunması üçün zəruri məlumat və sənədlərin toplanması, aidiyyəti struktur bölmələrlə koordinasiya;
Müştərilərlə görüşlərin, zənglərin və təkliflərin nəticələrinin CRM və müvafiq əməliyyat sistemlərinə vaxtında daxil edilməsi;
Müəyyən edilmiş fərdi satış hədəflərinin icrasının təmin edilməsi və müqavilələrin bağlanması;
Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması
Sahibkar assosiasiyaları, biznes klubları və KOB subyektləri ilə əməkdaşlıq imkanlarının araşdırılmasında iştirak.
Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Sahibkarlarla iş üzrə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək. Aktiv vakansiyalar haqqında ətraflı məlumat www.meqasigorta.az saytının “Vakansiyalar” bölməsində mövcuddur.