
Təhsil Texnologiyaları Mərkəzi İnsan Resursları şöbəsinin Baş mütəxəssisi vəzifəsi üzrə peşəkar və təcrübəli namizədləri komandamıza qoşulmağa dəvət edir.
Əsas vəzifə öhdəlikləri
HR strategiyasının hazırlanması və icrasında fəal iştirak etmək;
İşə qəbul, adaptasiya və əməkdaşların motivasiyası proseslərini idarə etmək;
Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr sənədləşməsini və uçotunu aparmaq;
Performansın qiymətləndirilməsi və əməkdaşların inkişaf proqramlarını hazırlamaq və tətbiq etmək;
HR analitikası, işçi dövriyyəsi, məzuniyyət qalıqları və digər əsas HR göstəriciləri üzrə statistik və analitik hesabatlar hazırlamaq;
Korporativ mədəniyyətin formalaşdırılması və daxili kommunikasiyanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərmək;
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əlaqəli normativ hüquqi aktlarda baş verən dəyişiklikləri izləmək, onların HR proseslərinə təsirini təhlil etmək;
HR siyasət və prosedurlarının hazırlanması, təkmilləşdirilməsi və tətbiqində iştirak etmək.
Namizədə dair tələblər
İnsan Resursları, Biznesin İdarəedilməsi, Hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktlar üzrə biliklər;
HR texnologiyaları və MS Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
Güclü analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
Yüksək kommunikasiya və komanda ilə işləmək bacarığı;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
Beynəlxalq HR sertifikatlarının olması arzuolunandır.
İş şəraiti
İş yeri: Təhsil Texnologiyaları Mərkəzi
İş rejimi: Tam ştat
İş qrafiki: 5 günlük iş həftəsi
İş saatları: 09:00–18:00
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
E-mailin mövzu hissəsində “İnsan Resursları şöbəsinin Baş mütəxəssisi” qeyd olunmalıdır.
Tələblərə uyğun namizədlər ilkin qiymətləndirmə mərhələsindən sonra müsahibəyə dəvət ediləcəklər.