
“Merkuri” Bank Olmayan Kredit Təşkilatı “Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi” vakansiyası üçün müsabiqəyə dəvət edir.
Namizədə tələblər
Təşkilatın daxili qaydaları ilə işləmək bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
Diqqətlilik, ehtiyatlılıq və yüksək dəqiqlik;
Analitik düşüncə və müşahidə qabiliyyəti;
Məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
Məxfi məlumatların qorunması və xidməti informasiyanın konfidensiallığına riayət etmək bacarığı;
Stressə davamlılıq və komandada işləmək bacarığı.
Kamera müşahidə sistemləri ilə işləmək bacarığı üstünlükdür;
Daxili nəzarət, monitorinq, kredit, təhlükəsizlik və ya oxşar sahələrdə iş təcrübəsi arzuolunandır;
Vəzifə öhdəlikləri:
Təşkilatın filial və struktur bölmələrində həyata keçirilən kredit və digər əməliyyatlara kamera müşahidəsi vasitəsilə gündəlik nəzarət etmək;
Kamera görüntüləri və təqdim edilmiş məlumatlar əsasında riskləri, prosedur pozuntularını, şübhəli və uyğunsuz halları müəyyən etmək;
Aşkar edilmiş pozuntu və uyğunsuzluqları sənədləşdirmək, aidiyyəti rəhbərliyə məlumat vermək və nəticələr barədə hesabatlar hazırlamaq;
Rəhbərliyin sorğusu əsasında kamera görüntülərinə baxış keçirmək, müəyyən edilmiş hallar üzrə araşdırma aparmaq və nəticələri təqdim etmək;
Təşkilatın daxili təlimat və qaydalarına uyğunsuzluq və riskli hallar aşkar edildikdə rəhbərliyin diqqətinə çatdırmaq;
Müəyyən edilmiş dövriliklə rəhbərliyə görülmüş işlər və aşkar edilmiş hallar barədə hesabatlar təqdim etmək;
Hazır CV formalarınızı [email protected] elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi” qeyd etməklə göndərə bilərsiniz.