
Catering 145 Group şirkəti AzərGold – Çovdar ərazisində fəaliyyət göstərən layihəsi üzrə anbar uçotu və sayımına nəzarətçi vəzifəsinə əməkdaş dəvət edir.
Vəzifə öhdəlikləri:
Anbarda mövcud olan ərzaq və digər material ehtiyatlarının mütəmadi sayımını həyata keçirmək;
Faktiki qalıqları uçot və qeydiyyat məlumatları ilə müqayisə etmək, uyğunsuzluqları müəyyənləşdirmək;
Anbar qalıqlarının düzgün qeydiyyatına və uçotuna nəzarət etmək;
Sayım nəticələrini Excel proqramında qeydiyyata almaq və hesabatları hazırlamaq.
Namizədə dair tələblər:
23–50 yaş aralığında bəy namizədlər;
Microsoft Excel proqramı üzrə işləmək bacarığı;
Riyazi hesablama və analitik düşünmə qabiliyyəti;
Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
Anbar uçotu və sayım sahəsində təcrübə arzuolunandır.
İş şəraiti:
İş yeri: AzərGold – Çovdar ərazisi;
Əməkhaqqı: 800 AZN;
İş qrafiki: Həftədə 6 iş günü, saat 08:00–18:00;
Gəncə və Daşkəsən istiqamətlərindən servis xidməti təmin olunur.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər 055 400 01 45 nömrəsi ilə əlaqə saxlaya bilərlər.