
Vəzifə öhdəlikləri:
Ofis daxili inzibati işlərin təşkili, idarə olunması və koordinasiyası;
Daxil olan və xaric olan sənədlərin (məktublar, müqavilələr, sorğular) qeydiyyatı, arxivlənməsi və aidiyyatı üzrə yönləndirilməsi;
Ofisə gələn qonaqların qarşılanması və daxili korporativ etiket qaydalarına uyğun olaraq yönləndirilməsi;
Zənglərin qəbul edilməsi, cavablandırılması və lazımi şəxslərə ötürülməsi;
Ofisin təsərrüfat, dəftərxana və gigiyenik təchizat ehtiyaclarının müəyyən edilməsi, sifarişi və nəzarətdə saxlanılması;
Rəhbərliyin tapşırıqlarına əsasən iclasların, görüşlərin təşkili və protokolların aparılması;
Ofis avadanlıqlarının (printer, skaner və s.) sazlığına nəzarət və texniki nasazlıqlar zamanı müvafiq xidmətlərlə əlaqə saxlanılması
İş qrafiki və qeydlər:
5 günlük iş qrafiki
İş yerinin ünvanı: Mərkəzi ofis (Caspian Plaza, Cəfər Cabbarlı 44)
Tələblər:
Təhsil: Ali və ya orta-ixtisas təhsili
İş stajı: Oxşar sahədə (Ofis meneceri, Resepşn, İnzibatçı) ən azı 1 il iş təcrübəsi;
Əmək haqqı: 700 AZN (net)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Ofis meneceri” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.