
İş şəraiti
Şəhər: Bakı
İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
Şirkətin gündəlik inzibati işlərinin təşkili və koordinasiyası;
Rəhbərliyə inzibati və təşkilati məsələlərdə dəstək göstərmək;
Sənədlərin hazırlanması, qeydiyyatı və düzgün şəkildə idarə olunmasını təmin etmək;
Daxil olan və göndərilən sənədlərin, yazışmaların və digər inzibati məlumatların sistemli şəkildə aparılması;
Məktubların qəbulu, qeydiyyatı və aidiyyəti üzrə göndərilməsinin təşkili;
Rəhbərin görüşlərinin, iclaslarının və gündəlik planının təşkili;
Onlayn görüşlərin (Zoom və digər platformalar) yaradılması, təqvimlərin (calendar) idarə olunması;
Şirkətə gələn qonaqların və müştərilərin qarşılanması, yönləndirilməsi;
Ofisin gündəlik ehtiyaclarının izlənilməsi və təmin edilməsi;
Dəftərxana ləvazimatları və digər ofis ehtiyaclarının müəyyən edilməsi;
Ofisdə yaranan texniki və inzibati məsələlərin həlli üçün aidiyyəti şəxslərlə əlaqələndirmələrin aparılması.
Tələblər:
Ali təhsil (idarəetmə və ya əlaqəli sahələr üzrə olması üstünlükdür);
Ofis meneceri və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür;
Azərbaycan dili – mükəmməl səviyyədə;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
MS Office proqramları (Word, Excel, Outlook), Zoom və digər ofis proqramları ilə işləmək bacarığı;
Sənədlərlə işləmə və məlumatların düzgün idarə olunması bacarığı;
Yüksək təşkilatçılıq və planlama bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və səliqəlilik;
Operativ qərarvermə və problemlərin həlli bacarığı;
Güclü ünsiyyət bacarığı və peşəkar davranış.
CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Ofis meneceri” vəzifəsini qeyd etməyi unutmayın.