
Əsas vəzifələr:
Tibbi məhsulların dövlət qeydiyyatı
Tibbi avadanlıqların, tibbi təyinatlı məmulatların, kosmetik vasitələrin və dərman preparatlarının dövlət qeydiyyatı prosesinin təşkili və idarə olunması;
Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə rəsmi yazışmaların və kommunikasiyanın aparılması;
Xarici istehsalçılarla daimi əlaqə saxlayaraq qeydiyyat üçün tələb olunan sənədlərin toplanması və koordinasiyası;
Texniki dosyelərin və qeydiyyat sənədlərinin hazırlanması;
Xarici sənədlərin tərçüməsi, notarial təsdiqi və leqallaşdırılması prosesinin təşkili;
Dövlət qeydiyyatlarının etibarlılıq müddətinin izlənilməsi və yenilənməsi;
İdxal icazələrinin və digər tənzimləyici sənədlərin hazırlanması və izlənilməsi.
Ofis idarəçiliyi
Gündəlik ofis fəaliyyətinin koordinasiyası;
Rəsmi yazışmaların və sənəd dövriyyəsinin idarə olunması;
Görüşlərin və biznes səfərlərinin təşkili;
Yerli və xarici ezamiyyətlər üçün aviabilet və otel rezervasiyalarının təşkili;
Xarici tərəfdaşlar, təchizatçılar və xidmət göstərən şirkətlərlə gündəlik kommunikasiyanın aparılması;
Digər inzibati və back-office işlərinin icrası.
Namizədə tələblər
Ali təhsil (Farma, Tibb, Biznesin İdarəedilməsi, Hüquq və ya digər uyğun ixtisaslar);
Minimum 1-2 il iş təcrübəsi;
Tibbi məhsulların və ya dərman vasitələrinin qeydiyyatı sahəsində təcrübə üstünlük hesab olunur;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis dili – yüksək səviyyədə (mütləqdir);
Rus dili – yaxşı səviyyədə (mütləqdir);
MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
Analitik düşüncə və problemləri operativ həll etmə bacarığı;
Detallara yüksək diqqət və sənədlərlə işləmək bacarığı;
Yüksək təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma;
Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00;
Şənbə: 09:00 – 15:00;
İş yeri: ARASH Company, F. İbrahimbəyov küç. 19, Bakı;
İş rejimi: Tam ştat, ofisdaxili;
Əməkhaqqı: 800 – 1,000 AZN (NET).
Biz nə təklif edirik?
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Dünyanın aparıcı tibbi məhsul istehsalçıları ilə işləmək imkanı;
Beynəlxalq sərgi, konfrans və təlimlərdə iştirak perspektivi;
Korporativ mobil nömrə;
Ofisdə ödənişsiz nahar;
Peşəkar və dəstəkləyici komanda mühiti;
Korporativ tədbirlər və komanda fəaliyyətləri.
Birbaşa müraciət linki: https://adb.az/job.php?id=11