Komandamıza inzibati işlərin koordinasiyasını təmin edəcək məsuliyyətli Ofis Meneceri axtarırıq.
Namizədə tələblər
Ali təhsil;
Müvafiq sahədə iş təcrübəsi (üstünlükdür);
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Xarici dil biliyi (arzuolunandır);
Ofis avadanlıqları ilə işləmək bacarığı;
Yüksək təşkilatçılıq və ünsiyyət bacarığı;
Məsuliyyətlilik və detallara diqqət.
Vəzifə öhdəlikləri
Ofisin gündəlik inzibati işlərini koordinasiya etmək;
Ofis ləvazimatları və inventarın sifarişi, uçotu və təminatını təşkil etmək;
Sənəd dövriyyəsini, telefon zənglərini və kargüzarlıq işlərini idarə etmək;
Satınalma, inventar və inzibati xərclərlə bağlı hesabatlar hazırlamaq;
İşgüzar səfərlər, kuryer və digər inzibati xidmətləri təşkil etmək;
CRM sistemində müştəri qəbulu, xidmət kartlarının bağlanması və kassa əməliyyatlarını həyata keçirmək.
Biz nə təklif edirik
Peşəkar və stabil iş mühiti;
Karyera və inkişaf imkanları;
Mehriban və dəstəkçi komanda.
İş şərtləri:
İş qrafiki: 6 gün
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Ofis meneceri” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri
və ya - https://careers.ram.az/?vacancy=2529&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.