Namizədə tələblər:
Xanım namizəd, 23–35 yaş;
Ali təhsil;
Ofis proqramları ilə işləmək bacarığı (Word, Excel, Outlook, 1C və s.);
Azərbaycan və rus dillərini bilmək (ingilis dili arzuolunandır);
Sürətli öyrənmə qabiliyyəti, əməksevərlik, məsuliyyətlilik, punktuallıq və dürüstlük.
Vəzifə öhdəlikləri:
Daxil olan zənglərin, korporativ elektron məktubların, veb-sayt və digər mənbələrdən daxil olan müraciətlərin qəbulu və qeydiyyatının aparılması;
Kommersiya təkliflərinin, müqavilələrin, təhvil-təslim aktlarının, elektron qaimə-fakturaların və digər sənədlərin hazırlanması, uçotunun aparılması, göndərilməsi və qəbulunun təmin edilməsi;
Ofisin zəruri ləvazimatlarla təmin edilməsi və təsərrüfat işlərinin təşkili (dəftərxana ləvazimatları, məişət və mətbəx ehtiyacları, təmir, təmizlik və digər işlər);
Ofisə gələn qonaqların qarşılanması, qonaqlara və rəhbərliyə çay və kofe təqdim edilməsi;
Korporativ tədbirlərin, görüşlərin, təqdimatların, sərgilərin, korporativ bayramların və komanda quruculuğu tədbirlərinin təşkili;
Açıq vakansiyalar üzrə namizədlərin axtarışı;
Əməkdaşların iş vaxtının uçotunun aparılması;
Daxili korporativ prosedurların və motivasiya sisteminin hazırlanmasında, dəyişdirilməsində və təkmilləşdirilməsində iştirak.
İş şəraiti:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
Şirkət hesabına nahar;
Şirkət hesabına fitness-klub;
Şirkət hesabına təlim və sertifikasiya imkanları;
Korporativ tədbirlər;
Mehriban və sıx əməkdaşlıq mühiti;
Əmək haqqı: 500 AZN + bonus;
İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.