
Vəzifə və öhdəliklər:
Plazma kəsmə dəzgahının düzgün və təhlükəsiz idarə olunması;
3 mm-dən 100 mm-ə qədər qalınlıqda metal materialların dəqiq və keyfiyyətli kəsilməsi;
Texniki çertyojlara uyğun kəsmə işlərinin yerinə yetirilməsi;
Avadanlığın düzgün istismarının təmin edilməsi və texniki vəziyyətinə nəzarət edilməsi;
İş prosesində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.
Namizəddən tələblər:
Plazma kəsmə dəzgahı ilə işləmək üzrə minimum 2 il iş təcrübəsi;
Texniki çertyojları oxumaq bacarığı (üstünlükdür);
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Komandada işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə, 08:00 – 17:00;
İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi 20;
Nahar şirkət tərəfindən təmin edilir;
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən ediləcək;
Rəsmi əmək müqaviləsi.
Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına, mövzu hissəsində "Plazma kəsmə dəzgahı operatoru" qeyd etməklə göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.